“Real” Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edir
“Real” klubu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qreyin fransalı mütəxəssis Zinəddin Zidan haqda səsləndirdiyi fikirlər səbəbindən qurumdan üzrxahlıq tələb edib.
Komanda.az xəbər verir ki, Madrid klubu keşmiş baş məşqçisinə dəstək xarakterli bəyanat yayıb.
Bəyanatda bildirilir ki, federasiya prezidentinin açıqlaması Zidana hörmətsizlikdir:
“Federasiya prezidentinin dünya idmanının ən böyük əfsanələrindən biri olan Zinəddin Zidan haqda dediyi xoşagəlməz fikirlərdən təəssüflənirik. Bu, futbol azarkeşləri tərəfindən çox bəyənilən simalardan birinə qarşı hörmətsizlik deməkdir və klubumuz üzrxahlıq gözləyir”.
Noel Le Qrey son açıqlamasında bildirib ki, Zidan millinin baş məşqçi postuna namizəd olmayıb və o zəng vursa belə, ona cavab verilməyəcək.
Bizi Facebook-da izləyin