“Real” formalarını hərraca çıxardı

“Real”ın futbolçularının İspaniya La Liqasının 28-ci turunda “Eybar”a qarşı oyunda (3:1) geyindiyi formalar hərraca çıxarılıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hərracda ən baha satılan Luka Modriçin forması olub. “Kral klubu”nun xorvatiyalı üzvünün forması 7 min avroya satılıb. Eden Hazardın formasına 3,2 min avro, komandanın kapitanı Serxio Ramosun forması üçün isə 3,1 min avro ödənilib. Forması ən ucuz satılan futbolçu isə Militao olub. Onun forması cəmi 839 avroya satılıb.

Klubun bu mövsümdə keçirəcəyi bütün ev oyunlarında geyiniləcək formaları hərraca çıxaracağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button