“Real”ın düşərgəsində əsəbi vəziyyət yaranıb

Sabah çox güman ki, “Real” üçün mövsümün uğurlu olub-olmayacağı müəyyənləşəcək. Komanda “Arsenal”la matçda çox çətin bir vəziyyətdən çıxmalı olacaq və hazırda əsəblər son həddə qədər gərilib.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, ötən həftənin sonunda Çud Bellingem və Antonio Rüdiger məşqdə az qala dalaşıblar. Almaniyalı müdafiəçi sınaq oyununda ingilis futbolçuya qarşı kifayət qədər sərt müdaxilə edib. Komanda yoldaşları futbolçuları ayırmalı olublar. Belə bir vacib oyun ərəfəsində bu, “Real”ın düşərgəsindən gələn yaxşı xəbər deyil.

“Real” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub. Cavab matçı sabah “Santyqo Bernabeu”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button