
Benzema “Real” haqda: “Qol buraxanda ağlını itirməyə ehtiyac yoxdur”
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real”dakı vəziyyəti şərh edib.
Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, fransalı futbolçu “Real”ın dünyanın ən yaxşısına sahib olduğunu bildirib:
“Real”da lider yoxdur? Çətindir, çünki komandada çoxlu gənc futbolçular var. Təkcə Luka Modriç var ki, o da bütün matçlarda oynamır. “Real” dünyanın ən yaxşısına sahibdir, amma hamı bir-biri üçün oynamalıdır. Qol buraxanda ağlını itirməyə ehtiyac yoxdur”.
Benzema 2009-2023-cü illərdə “Real”da çıxış edib.
Karlo Ançelottinin komandası bu gün UEFA Çempionlar Liqasında evdə “Milan”la qarşılaşacaq. Matçın start fiti saat 00:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin