
“Real” “Bayern”in futbolçusu ilə şifahi razılığa gəlib
“Real” demək olar ki, “Bayern”in müdafiəçisi Alfonso Deyvislə azad agent kimi yay transferi üçün razılığa gəlib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, tərəflər şəxsi müqavilənin şərtləri ilə bağlı şifahi razılığa gəliblər. Kanadalı futbolçunun yayda transferi gözlənilir.
24 yaşlı Deyvisin “Bayern”lə hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq. O, bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin