“Real” “Bayern”in futbolçusu ilə razılığa gəlib
“Real” “Bayern”in cinah müdafiəçisi Alfonso Deyvislə şəxsi müqavilənin şərtləri ilə bağlı demək olar ki, tam razılığa gəlib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, tərəflər hələ də müqavilənin xırda detallarını həll etməlidirlər ki, bu da futbolçunun Madrid klubuna transferinə maneə olmayacaq. Lakin hazırda “Real” futbolçunun transfer məbləği ilə bağlı “Bayern”lə hələ razılaşa bilməyib. “Kral klubu” müdafiəçi üçün 25-30 milyon avro ödəməyə hazırdır. Münhen klubu isə Deyvisi 50 milyon avro qiymətləndirir.
23 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 31 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Bayern”lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin