
“Real”la Çempionlar Liqası bir-biri üçün yaradılıb”
Yayda “Real”a keçəcək hücumçu Endrik UEFA Çempionlar Liqasının finalı haqda danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, braziliyalı forvard tarixin təkrarlanacığını bildirib:
“Real” Çempionlar Liqasının təcəssümüdür. Onlar bir-biri üçün yaradılıb. Düşünürəm ki, tarix bir daha təkrarlanacaq. “Borussiya” əbəs yerə finala çıxmayıb. Onlar yaxşı komandadır”.
İyunun 1-də Londonun “Uembli” stadionunda “Real” və “Borussiya” (Dortmund) arasında Çempionlar Liqasının final oyunu keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin