“Qalatasaray”a 3 qol vurdu, tarixə düşdü
“Real” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qalatasaray”ı məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 6:0 hesabıyla bitən görüşdə Madrid təmsilçisinin futbolçusu Rodriqo rekorda imza atıb. “Qalatasaray”a üç qol vuran braziliyalı hücumçu, Çempionlar Liqası tarixində het-trik edən 2-ci ən gənc futbolçu ünvanını qazanıb. Rodriqo “Qalatasaray”la oyunda üç dəfə fərqlənərkən 18 yaş 801 günlük idi.
ÇL tarixində bir oyuna üç qol vuran ən gənc futbolçu isə “Real”ın sabiq üzvü Raul Qonsalesdir. Raul 1995-ci ildə “Ferentsvaroş”la oyunda het-trik edərkən 18 yaş 113 günlük idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin