Benzema Anrini geridə qoydu
“Real” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda PSJ-yə məğlub olub – 0:3.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma Madrid təmsilçisinin futbolçusu Kərim Benzema üçün əlamətdar olub. Belə ki, 31 yaşlı hücumçu PSJ ilə matçda da iştirak edərək, Çempionlar Liqasında 113-cü oyununa çıxıb. O, bununla da, Çempionlar Liqasında ən çox oyun keçirən fransız futbolçu ünvanını qazanıb.
Benzemadan əvvəl ÇL-də ən çox oyun keçirən sabiq hücumçu Tyerri Anri idi. Fransız futbolçu ÇL-də 112 qarşılaşmada forma geyinmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin