“Real”ın “Real” olmadığı gün

“Real” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda PSJ-yə məğlub olub – 0:3.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Madrid təmsilçisi 90 dəqiqə ərzində PSJ-nin qapısına dəqiq zərbə vurmayıb. “Real”ın futbolçuları tərəfindən oyunboyu endirilən 10 zərbə də hədəfə getməyib. “Kral klubu” sonuncu dəfə 2003/2004 mövsümündə bir rəsmi oyunda qapıya dəqiq zərbə endirməmişdi.

“Real” həm də, 2006-cı ildən bu yana ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda uduzub.