Kurtua, yoxsa Lunin? – “Real” qərar verib

İspaniya mətbuatı “Real”ın Çempionlar Liqasının final matçı üçün heyəti ilə bağlı məlumatlar yayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun məşqçilər korpusu belçikalı qapıçı Tibo Kurtuanın əsas heyətdə olacağına və ukraynalı qapıçı Andrey Luninin ehtiyatda qalacağına qərar verib.

Kurtua dizindən aldığı zədələrə görə demək olar ki, bütün mövsümü buraxıb. Lunin bu mövsüm əksər matçlarda iştirak edib. Lakin Çempionlar Liqasının həlledici matçında Madrid klubu daha təcrübəli olan Kurtuaya güvənmək qərarına gəlib.

Çempionlar Liqasının “Real” ilə “Borussiya” (Dortmund) arasında final matçı iyunun 1-də “Uembli”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button