“Real”ın futbolçusu Çempionlar Liqasının tarixinə düşdü

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atalanta”nı məğlub edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Toni Kroos sözügedən qarşılaşmada iştirak edərək, Çempionlar Liqasının tarixinə düşüb. Belə ki, 31 yaşlı yarımmüdafiəçi ÇL-də 100 və daha çox oyun keçirən 4-cü alman futbolçu olub. “Atalanta” ilə matç Kroosun turnirdəki 100-cü oyunu olub.

Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu Manuel Noyerdir. “Bavariya”da çıxış edən qapıçı turnirdə 117 oyuna çıxıb.

“Real” “Atalanta”nı ilk oyunda 1:0, cavab matçında isə 3:1 hesabıyla məğlub edərək, 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button