Rivaldo: “Real”ın “Mançester Siti”dən qat-qat çox təcrübəsi var”

“Barselona”nın sabiq futbolçusu Rivaldo UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq “Real”la “Mançester Siti” haqda fikirlərini bölüşüb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, braziliyalı keçmiş oyunçu, “Real”ın Çempionlar Liqasında necə oynayacağını çox yaxşı bildiyini söyləyib:

“Real” Çempionlar Liqasında necə oynayacağını çox yaxşı bilir. Bu komandanın “şəhərlilər”dən qat-qat çox təcrübəsi var. “Mançester Siti” hazırda ən yaxşı formada deyil. Komanda pis mövsüm keçirir. Madrid komandası daha yaxşı görünür”.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 11 və 12-də, cavab görüşləri isə bir həftə sonra baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button