“Real” gözünü ingilis futbolçuya dikib
“Real” gözünü İngiltərə Premyer Liqasında çıxış edən oyunçuya dikib.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi “Çelsi”də çıxış edən yarımmüdafiəçi Koul Palmeri heyətinə qatmağı planlaşdırır.
“Real” heyətini gəncləşdirmək istəyir. Madrid klubunun prezidenti Florentino Peres hesab edir ki, ingilis oyunçunun gələcəkdə dünyanın ən yaxşı futbolçularından biri olmaq şansı var.
22 yaşlı Palmer İngiltərə çempionatının cari mövsümündə 15 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqavilsi 2033-cü ildə başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin