
“Real” “Çelsi”nin müdafiəçisini icarəyə götürməyə hazırdır
“Çelsi”nin müdafiəçisi Mark Kukurella klubu tərk edə bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Real” qışda 25 yaşlı ispaniyalı futbolçunu icarəyə götürməyə hazırdır.
Londonlular müdafiəçi üçün təklifləri dinləməyə hazırdırlar.
Kukurella ötən mövsüm “Çelsi”nin heyətində 33 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin