“Real” Rüdiger məsələsində qərarlıdır

“Real” “Çelsi”nin müdafiəçisi Antonio Rüdigerlə müqavilə imzalamağa yaxındır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə cavab oyunundan (2:3) sonra 29 yaşlı almaniyalı futbolçu ilə müqavilə imzalamağa qərar verib.

Rüdiger bu mövsüm “Çelsi”nin heyətində 47 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Müdafiəçinin London klubu ilə müqaviləsi bu ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button