“Real” bu göstəricidə “Atletiko”ya çatdı

“Real” növbəti dəfə qapısını toxunulmaz saxlaya bilib. Karlo Ançelottinin komandası dünən səfərdə “Xetafe”ni 1:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bu, artıq “Real”ın çempionatda ardıcıl üçüncü minimal qələbəsidir.

Ümumilikdə, “kral klubu” cari La Liqa mövsümündə 13 oyunda qapısını toxunulmaz saxlayaraq, bu göstəricidə “Atletiko”ya çatıb. “Real Sosyedad” bunu 12 dəfə etməklə 3-cü, turnir cədvəlinə başçılıq edən “Barselona” ilə hərəyə 11 dəfə qapısını toxunulmaz saxlayan “Atletik” 4-cü və 5-ci yerləri bölüşür.

“Real” mövsümün bitməsinə 5 tur qalmış La Liqada “Barselona”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button