Modriçlə danışıqlar başladı
“Real” yarımmüdafiəçisi Luka Modriçlə müqaviləni 2023-cü ilin iyununa qədər uzadacaq.
Komanda.az İspaniya məbuatına istinadən xəbər verir ki, tərəflər yeni müqavilənin detallarını müzakirə edir. Həm klub, həm də xorvatiyalı futbolçu əməkdaşlığı davam etdirməyi düşünür.
Modriçin klubla hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.
Modriç cari mövsümdə “Real” heyətində bütün turnirlərdə 37 oyunda 3 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin