“Real” Lunini bir halda satacaq

“Real” bir şərtlə ehtiyat qapıçısı Andrey Lunini satmağa hazır olacaq.

Komanda.az “Diario Gol”-a istinadən xəbər verir ki, Madrid klubu ukraynalı futbolçu ilə yalnız onun üçün 20 milyon avrodan çox təzminat təklif ediləcəyi təqdirdə ayrılacaq. Hələlik belə təkliflər olunmayıb.

Lunin 2018-ci ilin yayından “Real”da çıxış edir. 26 yaşlı qolkiperin Madrid klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin iyunun sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button