Lunindən Kurtuaya dəstək


“Real”ın qapıçısı Tibo Kurtua qarşıdakı matçlarda iştirak edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu “Atletiko” ilə derbidə (1:1 heç-heçə) zədələnib. Nəticədə, Madrid klubu ilə bir müddət əvvəl müqaviləsini 2029/2030-cu il mövsümünün sonuna kimi uzadan Andrey Lunin özünü yenidən sübut etmək şansı qazanıb.

Bu arada, Kurtua “Atletiko”nun stadionunda azarkeşlərin təzyiqi ilə üzləşdikdən sonra Lunin oyunçunu dəstəkləyib:

“Onlar təxribatçıdırlar, ona görə də, səni təhqir edirlər. Bunu mənə qarşı da etdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button