
“Real” Kurtua ilə Militaonun vəziyyətini yoxlamaq istəyir
“Real” klubu qapıçı Tibo Kurtua və müdafiəçisi Eder Militaonun vəziyyətini yoxlamaq üçün beynəlxalq fasilə zamanı yoldaşlıq görüşləri keçirəcək.
Komanda.az xarici KİV-istinadən xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti və komandanın tibbi heyəti futbolçuların apreldə meydana qayıtmasını istəyir. Amma onlar futbolçuların sağlamlığını riskə atmaq istəmirlər.
Kurtua 2023-cü il avqustun 10-da məşqdə sol dizinin ön çarpaz bağını qoparıb. Militao isə avqustun 12-dən eyni zədəni sağaldır. Braziliyalı müdafiəçi La Liqanın 1-ci turunda “Atletik”lə oyunda (2:0) zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin