“Real” Beylə imkan verməyib

“Real”ın futbolçusu Qaret Beyl komandadakı vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”ndakı gələcəyi müzakirə edilən uelsli futbolçu, ayrılmağı istisna etməyib:

“Real”dakı gələcəyim klubun cavablandırması lazım olan sualdır. Keçən il komandadan ayrılmağa hazırlaşırdım, amma klub son anda hər şeyə mane oldu. Sevdiyim bir layihə idi, amma həyata keçmədi. Digər seçimləri də nəzərdən keçirdik, amma “Real” imkan vermədi. Hazırda heç bir şey edə bilmərəm, çünki klubla müqaviləm var.

Premyer Liqaya qayıtmaq variantı ortaya çıxsa, bu barədə düşünərəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button