
“Real” Benzemanın boşluğunu onunla doldurmaq istəyir
“Real” “Çelsi”nin hücumçusu Kay Havertslə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 23 yaşlı almaniyalının keçidini hücumçu mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirir.
“Real”ın hücumçusu Kərim Benzemanın Səudiyyə Ərəbistanından “Əl-İttihad”a gedəcəyi ilə bağlı klubu xəbərdar etdiyi bildirilir.
Haverts ötən mövsüm “Çelsi”nin heyətində 47 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin