“Real” Bellingemin qardaşı üçün skautlarını göndərib
“Real” futbolçusu Çud Bellingemin qardaşı olan “Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingemi izləmək üçün skautlar göndərib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 18 yaşlı Cob yay transfer pəncərəsində böyük qardaşına qoşula bilər. İspaniya klubu futbolçunu izləmək üçün öz skautlarını göndərib.
“Kral klubu”nun prezidenti Florentino Peres yarımmüdafiəçi ilə müqavilə imzalamaqda maraqlıdır.
Cob Bellingem 2023-cü ilin iyulunda “Birmingem”dən “Sanderlend”ə keçib. O, komandada bütün yarışlarda 12 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin