“Real” Bellingemə görə narahatdır

“Real” yarımmüdafiəçisi Çud Bellingemin çiynindəki zədəni mümkün qədər tez sağaltmasını istəyir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “kral klubu” ingiltərəli futbolçunun durumundan narahatdır.

Bellingem ötən mövsümün ikinci yarısını hələ də aradan qaldırmadığı çiyin diskomfortu ilə oynamışdı. Onun performansının mövsümün ilk yarısı ilə müqayisədə aşağı düşməsinin səbəbi bu ola bilər.

20 yaşlı futbolçu keçən yay Dortmund “Borussiya”sından 103 milyon avroya “Real”a keçib. O, debüt mövsümündə Madrid klubu ilə Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button