
“Real” “Bayer”in futbolçusu üçün hərəkətə keçib
“Real” “Bayer”in yarımmüdafiəçisi Florian Virtsi heyətinə qatmaq niyyətindədir.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres 21 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün artıq ilk addımları atıb. Virts “Real”ın 2025-ci il üçün prioritet hədəfidir.
Almaniyalı futbolçu bu mövsüm bütün turnirlər də daxil olmaqla 46 matçda iştirak edib, 18 qol vurub və 19 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin