“Real” baş hakimdən şikayət edib
“Real” La Liqanın 29-cu turunun “Osasuna” ilə qarşılaşmasının (4:2) baş hakimi Xuan Martinez Munueradan İspaniya Kral Futbol Federasiyasına şikayət edib.
Komanda.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Real” rəhbərliyi Munueranın hərəkətlərinə yenidən baxılmasını istəyib. Klubun fikrincə, baş hakim hücumçu Vinisiusun ünvanına söylənən təhqirləri “Real”ın digər oyunçularının ona bildirməsinə baxmayaraq, qəsdən fərqinə varmayıb.
İspaniya klubu həmçinin İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyasına da şikayət edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin