
“Real” barədə narahat olmağa vaxtım yoxdur”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro “Real”ın hazırkı vəziyyəti haqda danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, keçmiş klubunu hazırda izləmədiyini söyləyib:
“Mən “Real”ı izləmirəm. “Mançester Yunayted”də çox işim var. “Real” barədə narahat olmağa vaxtım yoxdur. Bəli, mən bu klubu sevirəm, amma hazırda narahatlıqlarım onlarla əlaqəli deyil”.
Braziliyalı futbolçu 2013-cü ildən 2022-ci ilə qədər Madrid klubunda çıxış edib. O, 2022-ci ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçib. Yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsinin müddəti gələn ilin iyun ayının sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



