“Real” “Barselona”ya qalib gəldi

Bu gün İspaniya La Liqasının 10-cu turu çərçivəsində cari mövsümün ilk “el klasiko”su keçirilib.

Komanda.az xəbər verir ki, lider “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib.

Görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları “Real”dan Kilian Mbappe (22-ci dəqiqə) və Cud Bellingem (43-cü dəqiqə), “Barselona”dan Fermin Lopes (38) vurub.

52-ci dəqiqədə Mbappe penaltidən yararlana bilməyib. Onun zərbəsini rəqib qapıçı Voyçex Şesnı dəf edib.

90+8-ci dəqiqədə “Barselona”dan Pedri qırmızı vərəqə alıb.

Bu qələbədən sonra “Real” xalını 27-ə yüksəldərək liderliyini daha da möhkəmləndirib. “Barselona” isə 22 xalla 2-ci pillədə qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button