“Real” “Barselona” üzərində qələbə ilə finalda

Futbol üzrə İspaniya superkubokuna start verilib.

Komanda.az xəbər verir ki, 4 komandanın iştirakı ilə keçirilən superkubokun ilk yarımfinal oyununda “Real” və “Barselona” üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan “el-klasiko” məhsuldar alınıb. Dörd qolun qeydə alındığı əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda daha bir qol vuran “Real” finala yüksəlib.

Madrid təmsilçisinin həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək “Atletiko” – “Atletik” duelinin qalibi olacaq. Final qarşlaşması yanvarın 16-da keçiriləcək.

İspaniya superkuboku
Yarımfinal


12 yanvar

Barselona – Real 2:3
Qol
: De Yonq, 41. Fati, 83 – Vinisius, 25. Benzema, 72. Valverde, 98.

13 yanvar

23:00. Atletiko – Atletik

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button