
“Real” – “Barselona” oyunu bu ölkədə keçiriləcək
“Real”, “Barselona”, “Milan”, “Çelsi” və “Mançester Siti”nin iştirak etdiyi Çempionlar Turniri ABŞ-da keçiriləcək.
Komanda.az xəbər verir ki, bu barədə “Real”ın rəsmi saytı məlumat yayıb.
Çempionlar Turu turnirində “el-klassiko” da baş tutacaq.
Turnir iyulun 27-dən avqustun 6-dək ABŞ-ın altı şəhərində keçiriləcək. Cədvəl aşağıdakı kimidir:
Mançester Siti – Milan (27 iyul)
Barselona – Mançester Siti (30 iyul)
Milan – Real (31 iyul)
Real – Barselona (3 avqust)
Barselona – Milan (6 avqust)
Real – Çelsi (6 avqust)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin