Zidan Beyl haqqında: “Bu reaksiyalar xoşumuza gəlmədi”

İspaniya La Liqasının son turunda “Eybar”a 2:1 hesabı ilə qalib gələn “Real”ın futbolçusu Qaret Beyl, azarkeşlərin etiraz şüarları ilə üz-üzə qalıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, topu itirdiyi epizodların birindən sonra azarkeşlər uelsli futbolçunun ünvanına şüarlar səsləndirməyə başlayıblar. Beyl oyunun 77-ci dəqiqəsində əvəzlənərkən də eyni reaksiyaya məruz qalıb.

Oyundan sonra məsələylə bağlı açıqlama verən komandanın baş məşqçisi Zinəddin Zidan, futbolçunu dəstəkləyib:

“Beyl hazırda bu komandanın futbolçusudur. Növbəti mövsümdə bizimlə olub-olmayacağını bilmirik, amma onun klubla daha 2 illik müqaviləsi var. Hazırda bunlar haqqında danışmağın vaxtı deyil. Bu reaksiyalar xoşumuza gəlmədi, amma azarkeşlər də komandanın yaxşı olmasını istəyir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button