“Real” yeni yarımmüdafiəçi axtarır

“Real” dayaq yarımmüdafiəçisi mövqeyinə yeni oyunçu axtarışını davam etdirir. Məqsəd fransalı futbolçu Orelyen Tçuameniyə rəqabət yaratmaqdır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “kral klubu”nun transfer siyahısında iki namizəd var – “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton və “Ştutqart”ın futbolçusu Çem Andres.

“Real”ın əsas hədəfi Uortondur. Ancaq ingilis futbolçunun qiyməti 80 milyon avronun altına enməsə, klub diqqətini Andresə yönəldəcək. Almaniyalı yarımmüdafiəçinin transferi madridlilərə təxminən 10 milyon avroya başa gələ bilər.

25 yaşlı Tçuameni cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb. O, bu matçların 9-da əsas heyətdə forma geyinmək şansı qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button