
“Real”ın “Atletik”lə matça hansı heyətlə çıxacağı məlum olub
“Real” bu gün La Liqanın 32-ci turu çərçivəsində doğma meydanda “Atletik”i qəbul edəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu”nun qapısını Tibo Kurtua qoruyacaq, müdafiədə Fran Qarsiya, Antonio Rüdiger, Raul Asensio və Federiko Valverde çıxış edəcək.
Yarımmüdafiənin mərkəzində Luka Modriç, Orelyen Tçuameni və Eduardo Kamavinqa yer alacaq, onların önündə Çud Bellingem oynayacaq.
Hücum xəttində isə Rodriqo və Vinisius Junior çıxış edəcək. Kilian Mbappe cəzalı olduğu üçün oyunu buraxacaq. İddia olunur ki, baş məşqçi Karlo Ançelotti komandaya ötən mövsüm uğur gətirən sxemə qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin