“Real” fransalı müdafiəçini izləyir

“Real” “Arsenal”ın müdafiəçisi Vilyam Salibanı transfer etmək niyyətindədir.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, “kral klubu”nun nümayəndələri 24 yaşlı oyunçunu son Premyer Liqa matçında – “Mançester Siti” ilə 1:1 bitən qarşılaşmada yaxından izləyiblər.

Saliba “Arsenal”a 2019-cu ilin yayında qoşulub. Onun klubla müqaviləsinin müddəti 2026/27 mövsümünün sonunda başa çatacaq.

Fransalı müdafiəçinin bazar dəyəri təxminən 80 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button