
“Real” argentinalı futbolçu ilə anlaşıb
Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun xidmətində “Real” maraqlıdır.
Tərəflər artıq danışıqlar aparıb və əməkdaşlıq barədə razılıq əldə olunub. Ancaq Fernandes hələ heç bir rəsmi sənəd imzalamayıb.
“Çelsi” 24 yaşlı oyunçunun satışından 120 milyon avro gəlir gözləyir. Bu, onların 2023-cü ildə “Benfika”ya ödədikləri məbləğə uyğundur. Onun London klubu ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.
Fernandes cari Premyer Liqa mövsümündə 35 matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin