“Real”ın Arda Gülər planı
“Real”ın Arda Gülərlə bağlı planları məlum olub.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “kral klubu” türkiyəli yarımmüdafiəçinin meydanda daha çox oyun vaxtı keçirməyə layiq olduğuna inanır.
“Real” Ardanı başqa kluba buraxmayacaq. 19 yaşlı futbolçunun özü də Madrid klubunda qalmaq və burada uğur qazanmaq istəyir. Daha əvvəl onun “Liverpul”a mümkün transferi ilə bağlı xəbərlər yayılmışdı. İngilislərin Arda üçün 70 milyon avro təklif etməyə hazır olduğu iddia edilir.
Arda 2023-cü ildən “Real”da çıxış edir. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin