“Real” Ançelottinin başçılığı altında belə nəticə göstərməmişdi

“Real” cari mövsümdə sabitlik tapa bilmir.

“Kral klubu” şənbə günü “Rayo Valyekano” ilə oyunda xal itirdi (3:3) və “Atletiko” bundan yararlandı. Dieqo Simeonenin komandası “Xetafe”ni məğlub edərək (1:0), hazırkı çempionu 2-ci pillədə sıxışdırdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Karlo Ançelottinin ilk gəlişi də daxil olmaqla, komanda onun rəhbərliyi altında bütün mövsümlərdə bu dövrlərdə ən pis nəticəni göstərib. Əvvəlki ən zəif göstərici 2022/23 mövsümündə 39 xal idi.

“Real” La Liqada 17 oyundan sonra 37 xalla 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda doğma meydanda “Sevilya”nı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button