“Real” Ançelottinin gedişini rəsmən açıqladı

“Real” baş məşqçi Karlo Ançelotti ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2026-cı ilin iyununa qədər olan müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

İtaliyalı mütəxəssisin yaxın günlərdə Braziliya millisinin baş məşqçisi təyin olunacağı gözlənilir. Onu bu vəzifədə Leverkuzen “Bayer”indən ayrılan Xabi Alonso əvəzləyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button