“Real” Ançelottinin ayrılması fikrini ciddi qəbul etmir

“Real”ın baş məşqçi Karlo Ançelottinin mümkün ayrılmasına münasibəti məlum olub.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi italiyalı çalışdırıcının gediş fikrini ciddi qəbul etmir.

“Real”ın hazırkı layihəsi Ançelotti ilə uzunmüddətli əməkdaşlığa hesablanıb. İspaniyanın top-klubu 2026-cı ilin ortalarına qədər nəzərdə tutulan müqaviləni vaxtından əvvəl ləğv etmək istəmir.

Daha əvvəl mətbuatda Ançelottinin 2024/25-ci il mövsümünün sonunda Madrid klubunun baş məşqçi postunu tərk edə biləcəyi barədə məlumat yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button