
Xabi Alonso İspaniya klubundan təklif almayıb
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso “Real”dan təklif almayıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” italiyalı mütəxəssis Karlo Ançelottinin işindən razıdır. Rəhbərlik komandanın onunla yenidən UEFA Çempionlar Liqasını qazanmasını istəyir.
Daha əvvəl mətbuatda İngiltərə Premyer Liqasından Alonsoya maraq olduğu barədə xəbərlər yayılmışdı. Pep Qvardiolaya əvəzləyici axtaran “Mançester Siti” ispaniyalı çalışdırıcını dəvət etmək istəyir.
Alonsonun “Bayer”lə müqaviləsinin müddəti 2026-cı ilin iyunun sonuna kimidir. O, 2022-ci ilin oktyabrından bu komandanı çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin