“Real” Alonso ilə danışıqlar aparıb

“Real” komandanın baş məşqçisi Karlo Ançelotti ilə ayrılmağa hazırlaşır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Madrid klubunun nümayəndələri cari mövsümdə “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə danışıqlar aparıb. 43 yaşlı mütəxəssisin yayda Ançelottini əvəzləmək şansı var.

Ançelottinin “Real”la müqaviləsi gələn ilin ortalarına qədərdir. Madrid klubu La Liqanın turnir cədvəlində üçüncü yeri tutur, UEFA Çempionlar Liqasında isə 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button