“Real” almaniyalı futbolçunu izləyir

“Real” “Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Ştillerlə maraqlanmaqda davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun 24 yaşlı futbolçuya olan marağı hələ ötən yaydan mövcuddur. Həmin vaxt tərəflər arasında danışıqlar baş tutmasa da, “Real” rəhbərliyi Ştillerin çıxışını yaxından izləyir və gələn yay onun transferini yenidən gündəmə gətirməyi planlaşdırır.

Almaniyalı futbolçunun müqaviləsində 40 milyon avroluq sərbəstqalma maddəsi yer alır. O, cari mövsümdə 11 oyunda meydana çıxaraq, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button