
“Real” almaniyalı hücumçunu transfer edə bilər
“Real” hücum xəttini genişləndirmək məqsədilə yeni oyunçu axtarışındadır.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” bu baxımdan, “Ştutqart”da çıxış edən gənc hücumçu Nik Voltemadeyə maraq göstərir.
Klub rəhbərliyi Voltemadeni sabiq futbolçusu Xoselu tipli oyunçu kimi görür və onun “Real”a uyğun ola biləcəyini düşünür. Almaniyalı forvard gənclər arasında keçirilən Avropa çempionatında 6 qol vurmaqla diqqətləri üzərinə çəkib. Almaniya millisi hazırda turnirin finalına vəsiqə qazanıb və orada İngiltərə yığması ilə qarşılaşacaq.
23 yaşlı futbolçu iyunun əvvəlində Almaniyanın əsas millisində debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



