“Real” onu sata bilər – 80 milyon avroluq təklif alsa
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni 2024/25 mövsümünün sonunda komandasını tərk edə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, PSJ fransalı futbolçunu öz sıralarında görmək istəyir.
“Real” Tçuameni üçün 80 milyon avro təklif alarsa, onu satmağa razı ola bilər. 25 yaşlı futbolçu “kral klubu” ilə 2028-ci ilin iyun ayının sonuna qədər olan müqavilə bağlayıb.
Tçuameni İspaniya çempionatının cari mövsümündə 18 oyun keçirib. O, 2022-ci ilin yayından Madrid komandasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin