
“Real”dan Almaniya klubuna 65 milyon avroluq təklif
“Real” müdafiənin mərkəzini gücləndirmək üçün əhəmiyyətli məbləğ xərcləməyə hazırdır.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” “Leyptsiq”də çıxış edən Kastello Lukeba ilə maraqlanır.
Madrid klubu almanlara 65 milyon avro məbləğində ilkin təklif edib. Söz-söhbətlərə görə, 22 yaşlı futbolçunu “Mançester Yunayted”, “Liverpul” və “Bayern” də istəyir. Onun dəyəri 50 milyon avro qiymətləndirilir.
Fransalı futbolçunun müqaviləsində 90 milyon avroluq sərbəst qalma bəndi var ki, bu da qarşıdakı transfer pəncərəsində aktiv olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



