“Real” 60 milyon avroya müdafiəçi alır

“Bornmut”un müdafiəçisi Din Heysen karyerasını “Real”da davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” ispaniyalı futbolçunun 60 milyon avro məbləğindəki transfer bəndini aktivləşdirməyə razılıq verib və oyunçunun özü ilə də anlaşıb.

Madridlilər transferi yaxın 24-48 saat ərzində rəsmiləşdirəcək. 20 yaşlı müdafiəçi iyunda start götürəcək Klublararası dünya çempionatından əvvəl komandaya qoşulacaq.

Heysenin xidmətində İngiltərə Premyer Liqasının bir neçə klubu da maraqlı idi.

O, cari mövsümdə “Bornmut”un heyətində 34 oyuna çıxaraq, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button