
“Real” 50 milyon avroya müdafiəçi alır
Lissabon “Benfika”sının müdafiəçisi Alvaro Karerras yaxın günlərdə “Real”a transfer olunacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” ispaniyalı futbolçunun keçidi ilə bağlı portuqaliyalılarla razılığa gəlib.
Transferin ümumi dəyəri təxminən 50 milyon avro təşkil edəcək. Bildirilir ki, ödəniş bir neçə mərhələdə həyata keçiriləcək.
22 yaşlı Karerras son mövsümdə “Benfika”nın heyətində 52 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



