
“Real”ın transfer siyahısında 5 yarımmüdafiəçinin adı var
“Real” heyətini gücləndirmək üçün yarımmüdafiə xəttinə transfer axtarışlarını davam etdirir.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
“Kral klubu”nun maraq dairəsində olan hazırda beş futbolçunun adı çəkilir: Ticani Reynders (“Milan”), Adam Uorton (“Kristal Pelas”), Aleksis Makallister (“Liverpul”), Enzo Fernandes (“Çelsi”) və Franko Mastantuono (“River Pleyt”).
Bundan əvvəl “Real”ın “Mançester Siti”də çıxış edən “qızıl top”un sahibi Rodri Hernandesi transfer etmək niyyətində olduğu da bildirilmişdi.
Madrid komandasını növbəti mövsümdən hazırda Leverkuzen “Bayer”inə rəhbərlik edən ispaniyalı məşqçi Xabi Alonso çalışdıracaq. Komanda ötən il 43 yaşlı mütəxəssisin rəhbərliyi altında Bundesliqa çempionluğunu və ölkə kubokunu qazanıb.
Bizi Facebook-da izləyin



