Naço qərarsızdır

“Real”ın 34 yaşlı müdafiəçisi Naço Fernandes klubla müqaviləsini uzadıb-uzatmayacağına hələ ki, qərar verməyib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “Real” rəhbərliyi və məşqçilər korpusu ispaniyalı futbolçunu klubda saxlamaq istəyir. İstənilən müdafiə mövqeyində oynaya bilən Naçonun universallığını yüksək qiymətləndirirlər.

 Eyni zamanda, məşqçilər korpusu Naçoya ehtiyat oyunçu kimi baxır.

Naçonun “kral klubu” ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Müdafiəçi 2012-ci ildən əsas komandasında çıxış etdiyi “kral klubu”nun yetirməsidir. Bu müddət ərzində o, bütün turnirlərdə 353 matçda iştirak edib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button